Modern.az

YAP-çı deputat ölən əsgər Ceyhun Qubadovun ailəsinə baş çəkib

YAP-çı deputat ölən əsgər Ceyhun Qubadovun ailəsinə baş çəkib

17 Yanvar 2013, 10:56

Milli Məclisin deputatı Aydın Mirzəzadə Daşkəsən yerləşən “N” saylı hərbi hissədə dünyasını dəyişən əsgər Ceyhun Qubadovun ailəsinə baş çəkib. Bu barədə millət vəkili Modern.az-a özü məlumat verib.  

“Dünyasını dəyişmiş əskər Ceyhun Qubadovun Xırdalan şəhərində yaşayan ailəsinə baş çəkdim. Anası Samirə xanım, əmisi Mikayıl müəllim, nənəsi Ziba xanım və digər qohumları ilə görüşdüm.

Onlara bir daha başsağlığı verdim, hadisənin hər bir azərbaycanlıya ağır təsir etdiyini bildirdim. Anası Samirə xanımın vəziyyəti ilə maraqlandım, problemlərini soruşdum. Oğlunun xatirəsinin hər birimiz üçün əziz olduğunu , bu gün hər bir kəsin bu dərddə onunla bir olduğunu söylədim”,-deyə deputat məlumat verib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi