Modern.az

Mehdiyevin gedişindən sonra AMEA-da vəziyyət necədir?

Mehdiyevin gedişindən sonra AMEA-da vəziyyət necədir?

Aktual

23 Fevral 2022, 17:06

Xəbər verdiyimiz kimi, fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Mehdiyevin gedişindən sonra AMEA prezidentinin səlahiyyətlərini birinci vitse-prezident Arif Həşimov icra etməyə başlayıb.

 

Maraqlıdır, akademik Ramiz Mehdiyevin gedişindən sonra AMEA-da vəziyyət necədir?

 

Dəfələrlə Ramiz Mehdiyevi istefaya səsləyən tanınmış professor İdris Abbasov bu barədə Modern.az-a danışıb. O, AMEA-da hələ dəyişikliyin olmadığını deyib.

 

“İnsanları narahat edən əsas amil AMEA prezidentinin kim olacağı və qurumda köklü dəyişikliklərin olub-olmayacağıdır. Sadə alimləri daha çox bu sual düşündürür: Ramiz Mehdiyevin illər uzunu “tərbiyələndirdiyi” akademşəbəkə onun sehrindən və “cadusu”ndan xilas ola biləcəkmi? İnşallah, ümid edək ki, yaxşı xəbərlər eşidərik. Hələlik akademiyada qeyri-müəyyənlik ab-havası var. Hazırda heç bir dəyişilik müşahidə edilmir. Çünki qısa müddət ərzində dəyişikliyin olması qeyri-mümkündür. Gələcək dövr üçün dəyişikliklər ola bilər”,- deyə İdris Abbasov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi