Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.
***
17:53
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, iki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.
Bundan əlavə, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, prezidentlər regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.