Milli Məclisin İrəvanda səfərdə olan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Böyük Vətən müharibəsinə həsr olunmuş “Qələbə Parkı”nda olub.
Modern.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Tank köhnə olsa da çox etibarlı texnikadır. (İrəvanda 1941-1945 parkı)”, - deyə komitə sədri bildirib.
Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak ediblər.