“El” hərəkatı vaxtilə olub və indi fəaliyyətini dayandırıb”. Bunu Modern.az saytına açıqlamasında sabiq təhsil naziri, professor Firidun Cəlilov “Yeni Musavat” qəzetinin bu gün Eldar Namazovun prezidentliyə namizədliyi üçün təsisçisi olduğu təşkilatdan istifadə edilməsi ilə bağlı yazısını şərh edərkən deyib.
F. Cəlilov qeyd edib ki, onun adı çox yerdə hallanır. “Mənim adımı çox yerdə çəkirlər. Mən bunların hamısı haqqında izahat verəsi deyiləm. Bu məsələ ilə məşğul olan şəxslərdən soruşmaq lazımdır. Əlavə şərh verməyə ehtiyac duymuram.”-deyə F. Cəlilov qeyd edib.
Qeyd edək ki, qəzet bu günkü yazısında Rüstəm İbrahimbəyovun anons verdiyi yeni hərəkat barədə mesajını araşdırıb və bu hərəkatı Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazovun seçkilərdə namizədliyinə dəstək olacağı ilə bağlı olduğunu qeyd edib.
Aqşin Kərimov