Modern.az

Zəlimxan Məmmədli İlham Əliyevə müraciət edib

Zəlimxan Məmmədli İlham Əliyevə müraciət edib

17 Yanvar 2013, 12:22

“Bizim müraciətlərə hələ rəsmi şəkildə bir cavab gəlməyib. Gürcüstanda vətəndaşı olan soydaşlarımızın əməkçi miqrant kimi problemləri hələ də qalmaqdadır”. Bunu Modern.az saytına açıqlamasında “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda yaşayan və Azərbaycana iş üçün gələn soydaşlarımıza tətbiq olunan cərimələrə münasibət bildirərkən deyib.

Zəlimxan Məmmədli onu da qeyd edib ki, bir neçə millət vəkili bu məsələnin həlli ilə bağlı prezidentə məktub ünvanlayıb.
“Biz prezidentə, nazirlər kabinetinə və parlamentarilərə məktubla müraciət etdik. Eyni zamanda təkliflər paketi də təqdim olunub. Mövcud durumun vəziyyəti və bundan çıxış yolları haqqında hüquqi bazanın yaradılması təklif edilib. Amma təəssüflər olsun ki, bir nəticə əldə olunmayıb. Bizim müraciət etdiyimiz millət vəkilləri özləri də prezidentə məktub ünvanlayıblar. Onlar qaldırdığımız məsələyə dəstəklərini ifadə ediblər. Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Vahid Əhmədov daxil olmaqla 11 millət vəkilinə öz təşəkkürümü bildirirəm. Ancaq soydaşlarımıza əməkçi miqrant kimi hələ də güzəşt olunmur”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi