Finlandiya Ukraynanın paytaxtı Kiyevdəki səfirliyini müvəqqəti olaraq Lvova köçürüb.
Modern.az xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirliyin köçürülməsinə səbəb Ukrayna-Rusiya sərhədindəki gərgin vəziyyət göstərilir.
Qeyd edək ki, daha öncə bir neçə ölkə də səfirliyini Kiyevdən Lvova köçürməyə qərar verib.