Modern.az

BMT-dən Putinə çağırış: Hücumu dayandırın!

BMT-dən Putinə çağırış: Hücumu dayandırın!

Dünya

24 Fevral 2022, 08:29

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Baş katib Antonio Quterreş Rusiyanın Prezidenti Vladimir Putinə müraciət edərək, onu Ukraynada apardığı işğalçılıq siyasətini dayandırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, BMT baş katibi Ukrayna ərazisində çox sayda insanın həyatını itirdiyini xatırladıb:

 

“Prezident Putin, qoşunlarınızın Ukraynaya hücumunu dayandırın. Sülhə bir şans verin. Artıq çox insan ölüb”.

 

Baş katib Ukraynaya qarşı hücumun qaçılmaz olduğuna dair şayiələrə inanmaq istəmədiyini və davam edən diplomatik səylərin uğurlu nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal