Modern.az

Məşhur teleaparıcı Birand ölüb?

Məşhur teleaparıcı Birand ölüb?

17 Yanvar 2013, 12:44

Türkiyənin tanınmış teleaparıcısı Məhmət Əli Birand vəfat edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Amerika xəstəxanasında dünən müalicə altına alınan Məhmət Əli Birand bu gün həyatını itirib. 

Qeyd edək ki, 1941-ci ildə anadan olan teleaparıcı dünən xəstəxanaya qaldırılaraq öd kisəsindən əməliyyat olunmuşdu. Zaman-zaman ermənipərəst çıxışları ilə tənqidlərə tuş gələn aparıcı uzun müddətdir ki, "Kanal D" Xəbər qrupunun rəhbəri vəzifəsində çalışırdı. 

***

Məhmət Əli Birandın ölüm xəbərindən sonra oğlu Umur Birand açıqlama verib. Türk mətbuatının yazdığına görə, Umur Birand Twitter hesabında atasının ölmədiyini hazırda reanimasiyada olduğunu bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi