“Rusiya Ermənistana hərbi yardımlarını heç vaxt əsirgəməyib və bundan sonra da edəcək. Şimal qonşumuzun əsas məqsədi regionda münaqişə yaratmaq və bunu asılı vəziyyətdə saxlamaqdır”.
Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Ermənistana növbəti dəfə hərbi yardımına münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, Azərbaycanın buna etiraz edəcək gücü yoxdur. Eyni zamanda ATƏT-i də tənqid edən Zərdüşt Əlizadə bu təşkilatın fəaliyyətinin yalnız formal olduğunu vurğulayıb.
“Azərbaycanın buna adekvat cavab verməyə gücü yoxdur. Ermənistanın birinci havadarı Rusiya, ikincisi Fransa, üçüncüsü Amerikadır. Hər üçü guya vasitəçilik missiyasını yerinə yetirir. Ancaq onların əsas vəzifəsi Ermənistanı müdafiə etməkdir. Biz gözləyirik ki, Rusiya güclənsin. Azərbaycan hakimiyyəti görünür müvafiq addımlar atmaqdansa, pul qazanmağı fikirləşir. Biz özümüzü aldatmamalıyıq. Çünki Qarabağ probleminin həlli hökumətin prioritetlərinə daxil deyil”.
Aqşin Kərimov