Bu gün saat 5 radələrində rus qoşunları Ukraynanın Rusiya Federasiyası və Belarusla sərhəddinə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Saat 05:00 radələrində Ukraynanın Belarus Respublikası ilə dövlət sərhədi Belarusun dəstəklədiyi rus qoşunları tərəfindən hücuma məruz qalıb. Sərhəd bölmələrinə, sərhəd dəstələrinə və keçid məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir.
Eyni zamanda “CNN” canlı yayımında hərbi texnikanın kolonlarının Belarusla sərhəd keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olduğunu yayımlayıb.