Modern.az

Dövlət Komitəsi qanun pozuntuları barədə illik hesabatı açıqladı

Dövlət Komitəsi qanun pozuntuları barədə illik hesabatı açıqladı

17 Yanvar 2013, 13:13

“Ötən il 1138 təsərrüfat subyektindən 833-də standartların, metroloji norma və qaydaların tələbləri pozulub, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib. 48 müəssisə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilib”.
Bu barədə Modern.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitə tərəfindən ötən il ərzində 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb. Yoxlamalardan 517 ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olub. Ümumilikdə aparılmış yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, 833 iradnamə və 455 tələbnamə verilib, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib. Unlu-qənnadı məmulatları 6, çörək məmulatları 66, dönər istehsalı 4, toyuq əti istehsalı 2, süd məhsulları 21, alkoqolsuz içkilər 23, mebel istehsalı 1, profil istehsalı 2, tikinti materialları 4, asfalt istehsal edən 2 təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan 18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1050 kq qənd rafinadı, 10056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə inzibati qaydada cərimələr tətbiq edilib, cərimələrin ümumi məbləği 306.500 (üç yüz altı min beş yüz ) manat təşkil edib. 48 müəssisə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilib.

Dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 22.856 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Bundan əlavə il ərzində 189 ədəd müəssisəyə, o cümlədən 67 yanacaqdoldurma məntəqəsinə, 16 maye-qaz doldurma məntəqəsinə, 2 əlvan metalla bağlı sahələrə, 64 tibbi fəaliyyətinə, 1 ədəd kartoqrafiya sahəsinə, 13 alkoqollu içkilər sahəsinə, 26 əczaçılıq fəaliyyəti ilə məşğul olmağa lisenziya alınması üçün Komitə tərəfindən müvafiq rəylər verilib.

Gültəkin Ələsgər  

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi