Modern.az

“Buta Airways” Bakı-Həştərxan reysini ləğv edib

“Buta Airways” Bakı-Həştərxan reysini ləğv edib

Aktual

24 Fevral 2022, 10:38

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

 

Bu barədə AZAL-dan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

 

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi