Modern.az

Ukraynada ölən və yaralananlar var - 19 nəfər itkindi

Ukraynada ölən və yaralananlar var - 19 nəfər itkindi

Dünya

24 Fevral 2022, 11:34

Rusiya qüvvələrinin Ukraynanı bombalaması nəticəsində 7 nəfər ölüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Rəsmilər Odessa yaxınlığındakı Podilskdə hərbi hissəyə hücum zamanı 6 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirirlər.

 

Toqquşma zamanı 19 nəfər də itkin düşüb.

 

Eyni zamanda, Mariupol şəhərində bir nəfərin öldüyü açıqlanıb.


Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal