Modern.az

İvanişvili: "İlham Əliyevin Qarabağla bağlı mesajları Sərkisyana çatdırdım

İvanişvili: "İlham Əliyevin Qarabağla bağlı mesajları Sərkisyana çatdırdım

17 Yanvar 2013, 15:20

Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili Ermənistana etdiyi ilk səfərdə Dağlıq Qarabağ münaqişəsinə toxunub. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İvanişvili çıxışında Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

"Hər iki tərəf Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün bütün səylərini göstərməlidirlər. Mən Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm və onun Qarabağla bağlı fikirlərini Ermənistanın baş naziri Tiqran Sərkisyana çatdırdım", - deyə İvanişvili bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri prezident Serj Sərkisyanla da görüş keçirib.

Anar RÜSTƏMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi