Qara dənizdə Marşal adaları bayrağı altında üzən türk gəmisinə bomba düşüb.
Modern.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirmiş. Bombanın düşməsi nəticəsində gəminin anbarı zədələnib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Gəmidə 8 türk, 11 filippinli və 11 ukraynalının olduğu bildirilir.