Modern.az

“Araz Supermarket” barəsində iş qaldırıldı

“Araz Supermarket” barəsində iş qaldırıldı

24 Fevral 2022, 19:11

“Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

 

Dövlət xidmətinin məlumatında bildirilib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə kütləvi informasiya vasitələrində yayımlanan reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.

 

Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi