Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova məlumat yayıb.
O qeyd edib ki, stansiyanın əməkdaşları girov saxlanılır: "Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir".
Məlumatı Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da təsdiqləyib.