Gürcüstanda Ukraynaya dəstək aksiyası keçirilib.
Modern.az xəbər verir ki, paytaxt Tbilisidə baş tutan aksiyada Ukrayna ilə həmrəylik nümayiş olunub.
Dəstək aksiyasına yüzlərlə vətəndaş və siyasətçilər də qoşulub. Aksiya iştirakçıları Rusiyanın hücumunu pisləyərək, xalq olaraq Ukraynanın yanında olduqlarını bildiriblər.