Modern.az

Azərbaycan "Eurovision 2013”də Ermənistanla bir qrupa düşdü - SİYAHI

Azərbaycan "Eurovision 2013”də Ermənistanla bir qrupa düşdü - SİYAHI

17 Yanvar 2013, 18:40

Yanvarın 17-də İsveçin Malmö şəhərində "Eurovision"un mahnı müsabiqəsinin rəmzi olan açarın təhvil verilməsi mərasimi keçirilib. Mərasimdə iştirak edən "Eurovision"un ötənilki təşkilatçısı Bakı şəhərinin meri Hacıbala Abutalıbov rəmzi açarı Malmönün meri İlmar Reepaluyə təqdim edib.
Modern.az "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytına istinadən bildirir ki,  Malmönün bələdiyyə binasında baş tutan tədbirdə "Eurovision 2013"ün ilk püşkatması keçirilib və nəticədə iştirakçı ölkələr iki yarımfinal üzrə bölünüb.

2013-cü ildə "Eurovision"da 39 ölkə iştirak edəcək. Müsabiqə İsveçin Malmö şəhərində mayın 14, 16 və 18-də keçiriləcək. Müsabiqənin loqotipi "The Butterfly", şüarı isə "We are one"dır.

14 may - 1-ci yarımfinal

I hissə

Danimarka
Xorvatiya
Ukrayna
Niderland
Avstriya
Sloveniya
Estoniya
Rusiya

II hissə

Latviya
Serbiya
İrlandiya
Belarus
Kipr
Monteneqro
Belçika
Moldova

16 may - II yarımfinal 

I hissə:

Latviya
Azərbaycan
Malta
İslandiya
San-Marino
Makedoniya
Finlandiya
Bolqarıstan

II hissə:

İsrail
Norveç
Albaniya
Macarıstan
İsveçrə
Gürcüstan
Yunanıstan
Ermənistan
Rumıniya.

18 may - Final

Birbaşa final mərhələsində yarışacaq ölkələrdən Böyük Britaniya, İsveç, İtaliya I yarımfinalda, Fransa, Almaniya və İspaniya isə II yarımfinala səs verəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi