Modern.az

"Aeroflot"a sanksiya tətbiq olundu

Dünya

24 Fevral 2022, 22:22

Britaniya Rusiyanın “Aeroflot” aviaşirkətinə sanksiya tətbiq edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat yayıb.

 

Qeyd olunub ki, şirkətə məxsus təyyarələr Britaniyaya eniş edə bilməyəcəklər.

 

Bundan əlavə, Conson Rusiya banklarının aktivlərinin dondurulacağını və Böyük Britaniyanın maliyyə sistemindən kənarlaşdırılacağını bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu