Türkiyənin tanınmış teleaparıcısı Mehmet Əli Birand yanvarın 17-də vəfat edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Birandın İstanbuldakı Amerikan xəstəxanasında keçirdiyi öd kisəsi əməliyyatından sonra halı ağırlaşmış və reanimasiyaya yerləşdirilmişdi.
Mehmet Əli Birandı vəfat etdiyini günün sonunda oğlu Umud Birand da CNNTürk kanalına təsdiq edib.
72 yaşlı jurnalist uzun müddətdir ki, xərçəngdən müalicə olunurdu.
Türkiyədə ünlü jurnalist sayılan Birand “Kanal D” telekanalının baş xəbər redaktoru və “Hürriyet Daily News” qəzetinin köşə yazarı idi.