Modern.az

Prezident daxili işlər nazirini vəzifədən azad etdi

Prezident daxili işlər nazirini vəzifədən azad etdi

Dünya

25 Fevral 2022, 12:13

Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev tutduğu vəzifədən azad edilib.

Modern.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezident Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə Turqumbaev Yerlan Zamanbekoviç Qazaxıstan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Digər sərəncamla Yerlan Turqumbaev prezidentin müşaviri təyin olunub.

Polis general-leytenantı Yerlan Turqumbayevin bu il 60 yaşı tamam olur. O, 1984-cü ildən Daxili İşlər Nazirliyinin orqanlarında işləyir. Bu illər ərzində o, Şimali Qazaxıstan vilayətinin, Almatı polisinin rəisi, İstintaq Komitəsinin sədri olub.

2012-ci ildən - daxili işlər nazirinin müavini postunu tutub, 2019-cu ildən Qazaxıstan Respublikasının daxili işlər naziri idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal