"Ekspert ən azı 15 ildən çox təhsil sahəsində fəaliyyət göstərməlidir".
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
DİM sədrinin sözlərinə görə, hansısa ekspertə istinad edəndə, onun tərcümeyi-halına nəzər yetirmək lazımdır:
“Elmi müstəvidə bizimlə diskussiya istəyən ekspertləri dəvət edəcəyik ki, imtahanların nəticələrini müzakirə edək. Sınaq imtahanları ilə bağlı bizə iradlar tuturlar. Bir şeyi unutmaq olmaz ki, biz müvafiq portal üzrə həm buraxılış, həm qəbul imtahanları, ümumiyyətlə, bütün imtahanlarla bağlı elektron imtahan keçiririk. Burada qiymət 5 manatdır, imtahan nəticəsini də həmin portaldan oxuya bilərlər. Kurslar bizim materiallarımızdan istifadə edir".