Müsavat Partiyası millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının ittihamlarına cavab verib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında deputatın çıxışına belə cavab verib.
“Sabir Rüstəmxanlı belə bir fikir söyləyirsə mən buna təəssüf edirəm. Belə bir faktı varsa buyursun ortaya qoysun. Bu ititham heç bir anlamda doğru deyil. Müsavat Partiyası həmişə müxalifətin birliyinə çalışıb, real müxalifətin bir olan yerində olub. Sabir Rüstəmxanlı əgər AXCP və Müsavat Partiyasına belə bir irad bildirirsə o, harda olduğunu yaxşı bilir, biz də harda olduğumuzu bilirik.
Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı APA-ya müsahibəsində AXCP və Müsavat Partiyalarını ümummüxalifət hərəkatının yaranmasına mane olmaqda ittiham edib:
“Ümummüxalifət hərəkatı bizim arzumuz olsa da, bunun da yaranması real görünmür. Açığını deyim ki, bu hərəkatın yaranmasına mane olan həmişə AXCP və Müsavat Partiyası olub. Yəni bu partiyaların ikisinin bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib".
Anar RÜSTƏMOV