Modern.az

DİM-dən imtahanların qiymətilə bağlı AÇIQLAMA

DİM-dən imtahanların qiymətilə bağlı AÇIQLAMA

25 Fevral 2022, 15:38

"İmtahanların qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənir. 2016-cı ildə qiymətlər təsdiqlənmişdi".

 

Modern. az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

"2020-ci ildə pandemiyadan müdafiə şərtələrinin tətbiqi üçün bizə ayrılan vəsait kifayət qədər imkan vermirdi. Pandemiya zamanı xərclərimizin bir qismi hökumət tərəfindən subsidiyalarla qarşılandı".

 

DİM sədri bəzi müəssisələrin imtahan xərclərini özlərinin qarşıladığını bildirib: "Bundan başqa müxtəlif müəssisələr tərəfindən sifariş aldığımız zaman bizim qiymətləri tənzimləmək hüququmuz var. Ancaq elə müəssisələr olur ki, onlar bütün xərcləri özləri qarşılayır".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur