Rusiya Böyük Britaniya ilə əlaqəli olan, orada qeydiyyatdan keçmiş bütün təyyarələrin ölkəyə gəlişini və tranzitini qadağan edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“25 fevral 2022-ci il tarixində Moskva vaxtı ilə saat 11:00-dan etibarən Böyük Britaniya ilə əlaqəli və ya Böyük Britaniyada qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərə məxsus, icarəyə götürülmüş və ya istismar edilən təyyarələrin Rusiya Federasiyasının hava məkanından istifadəsinə məhdudiyyət tətbiq edilib", - məlumatda deyilir.
Federal Hava Nəqliyyatı Agentliyi xatırladıb ki, bu tədbir “Böyük Britaniya aviasiya orqanlarının qeyri-dost qərarlarına” cavab olaraq görülüb.
Turqay Musayev