Modern.az

Statistika Komitəsi - ərzaq məhsullarının qiymətləri 1.3% bahalaşıb

Statistika Komitəsi - ərzaq məhsullarının qiymətləri 1.3% bahalaşıb

18 Yanvar 2013, 14:05

“İstehlak mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla müqayisədə 0.7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.3% bahalaşıb”. Modern.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Komitə sədrinin sözlərinə görə, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb. Eyni zamanda 2012-ci ildə istehlak malları və xidmət tarifləri 1.1%, o cümlədən ərzaq məhsullarının, ərzaq məhsullarında 0.8%, bahalaşma müşahidə olunduğunu qeyd edib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı