Modern.az

Prezident Bakıda yeni rayonun yaradıldığını rəsmən təsdiqlədi

Prezident Bakıda yeni rayonun yaradıldığını rəsmən təsdiqlədi

18 Yanvar 2013, 14:16

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, bu fərmana əsasən, Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması təsdiqlənib.
Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin və bu barədə Prezidentə məlumat versin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı