Modern.az

Kişi damdan yıxılıb öldü

Kişi damdan yıxılıb öldü

Hadisə

25 Fevral 2022, 20:46

Zaqatalada 62 yaşlı kişi damdan yıxılaraq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

 

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Abid Şaban oğlu Əhmədov qohumlarına məxsus fərdi yaşayış evinin dam örtüyündə təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb.

 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Abid Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?