Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

18 Yanvar 2013, 14:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı