Modern.az

Ukrayna şəhərlərində şiddətli döyüşlər gedir

Ukrayna şəhərlərində şiddətli döyüşlər gedir

Dünya

25 Fevral 2022, 21:54

Ukrayna hərbçiləri Xarkov istiqamətində, Sumı vilayətində və ölkənin cənubunda Rusiya qoşunları ilə şiddətli döyüşlər aparır.

 

Modern.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

Hazırda Kiyev vilayətinin Buçe və Qostomel şəhərlərində də şiddətli döyüşlər gedir.

 

Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak bildirib ki, bu gün günortadan sonra Rusiyanın mindən çox hərbçisi zərərsizləşdirilib.

 

"Bu, artıq böyük rəqəmdir. Və əgər bütün ölkə ərazisində hərbi əməliyyatlar belə sürətlə davam edərsə, o zaman Rusiya Federasiyasından itkilər daha da artacaq", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal