Türkiyənin "Bayraktar TB2" PUA-larının istehsalçısı olan “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Rusiyanın Ukraynaya hücumunu pisləyib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
“Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz işğalını ən kəskin şəkildə pisləyirəm. İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - deyə o qeyd edib.