Modern.az

Zelenski Putinin təklifi ilə RAZILAŞDI

Zelenski Putinin təklifi ilə RAZILAŞDI

Dünya

26 Fevral 2022, 05:05

Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifilə razılaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

 

O, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi barədə Moskvanın iddialarını təkzib edib:

 

"Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal