Modern.az

Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsinə başladı

Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsinə başladı

Dünya

26 Fevral 2022, 06:15

Türkiyə vətəndaşlarının Ukraynadan quru yolu ilə təxliyəsinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

XİN başçısı bildirib ki, 12 fevral tarixinə olan məlumata əsasən, 5 minə yaxın vətəndaş Türkiyəyə qayıdıb. Digərlərinin quru yolu ilə təxliyəsinə qərar verilib.

 

"Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb. Eyni zamanda, hər bir vətəndaşımızla fərdi qaydada telefonla əlaqə saxlayırıq. Ümumilikdə Ukraynada 20 minə yaxın vətəndaşımız var idi, onların 16 minə yaxını ilə əlaqə saxlaya bildik", - deyə Çavuşoğlu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal