Modern.az

Razi Nurullayevin səhhəti yaxşıdır, həyat yoldaşı da əməliyyat olunub

Razi Nurullayevin səhhəti yaxşıdır, həyat yoldaşı da əməliyyat olunub

18 Yanvar 2013, 15:24

Bu yaxınlarda avtomobil qəzasına düşərək ağır yaralanan QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin üzvü, Region Beynəlxalq Analtik Mərkəzin sədri, politoloq Razi Nurullayev hazırda səhhətinin qaydasında olduğunu bildirib. 

Bu barədə Modern.az-a açıqlama verən R.Nurullayev müalicəsini ev şəraitində davam etdirəcəyini deyib:

“Səhhətim yaxşıdır. Müalicəmi ev şəraitində davam etdirəcəm. Yoldaşım Könül xanımın da əməliyyatı başa çatıb. Özünü normal hiss edir. Təhlükə arxada qaldı. Hər şey yaxşı qurtardı.
Tibb işçiləri, həkimlər bizə təmənnasız olaraq qayğı göstərdilər. İlk olaraq, bir saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Əmralı Yusifova, cərahiyyə həkimim Fəxrəddin Zeynalova, tibb bacıları Aynur Sadıqova, Ceyran xanım və adını çəkmədiyim hər kəsə təşəkkürümü bildirirəm. Burada olduğumuz müddətdə 24 saat boyu qayğımızı çəkdilər, heç bir şeydən korluq çəkmədik, bizə xüsusi diqqət ayırdılar. Reablitasiya müddəti başa çatdıqdan sonra onlara baş çəkəcəm.
Xəstəxanada olduğum bu müddət ərzində bizə jurnalistlər, sadə vətəndaşlar dəstək oldular. Təmsil etdiyim partiyaya, onun üzvlərinə, digər dost partiyalara, QHT Əməkdaşlıq Alyansı üzvlərinə və bütün dostlarıma da minnətdaram”.

Modern.az 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi