ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla müxalifət liderlərinin yaxın günlərdə növbəti görüşü keçiriləcək. Modern.az-ın məlumatına görə, aparıcı müxalifət partiya rəhbərlərinin iştirak edəcəyi görüşdə seçiöncəsi ictimai-siyasi vəziyyət geniş müzakirə olunacaq.
Görüşün nə zaman keçiriləcəyini dəqiqləşdirmək üçün ABŞ səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən Modern.az-a verilən məlumata görə, Riçard Morninqstarın siyasi partiya rəhbərləri ilə görüşünün nə zaman keçiriləcəyi hələlik bilinmir.
Seçkilərə doğru getdikcə bu görüşlərin mütəmadi olacağı gözlənilir.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ötən il bir neçə dəfə müxalifət nümayəndələri ilə mətbuara qapalı görüşlər keçirib. Səfirlə müxalifət rəsmilərinin sonuncu görüşü ötən ilin dekabrında baş tutub. Həmin görüşlərdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, Ümid sədri İqbal Ağazadə və digərləri iştirak ediblər.
Anar RÜSTƏMOV