Modern.az

Daşkəsəndə 25 nəfər çovğundan xilas edildi

Daşkəsəndə 25 nəfər çovğundan xilas edildi

18 Yanvar 2013, 16:53

Daşkəsəndə qar covğunu ilə əlaqədar yollarda hərəkət iflis vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Daşkəsən rayonunda qar çovğunu nəticəsində “QAZ” markalı sərnişin avtobusu və “Niva” markalı minik avtomobili Dəstəfur-Əhmədli yolunda köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə həmin avtomobilləri təhlükəsiz əraziyə çıxarıb, avtobusda olan 20 nəfəri və avtomobildə olan 5 nəfəri xilas edib.

Əməliyyat saat 13:22-də başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi