Modern.az

Zelenskidən yeni müraciət: “Uşaqların gələcəyi uğrunda müdafiə olunuruq” - VİDEO

Zelenskidən yeni müraciət: “Uşaqların gələcəyi uğrunda müdafiə olunuruq” - VİDEO

Dünya

26 Fevral 2022, 14:36

Ukrayna daha bir gecədən sağ çıxdı və rus işğalçılarının hücumlarını uğurla dəf etməkdə davam edir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski yeni videomüraciətində bildirib. Ukrayna prezidenti deyib ki, Kiyev və digər bölgələr ordunun nəzarətindədir:

"Bu müraciəti xoş xəbərlə başlaya bilərəm. Düşmən hücumlarına tab gətirmişik və uğurla dəf edirik.
Hazırda bir çox şəhər və rayonlarda döyüşlər davam edir. Biz Vətən, torpaq, uşaqların gələcəyi uğrunda müdafiə olunuruq”..

Onun sözlərinə görə, Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər Ukrayna ordusu tərəfindən idarə olunur.

"İşğalçılar Donetskdəki kimi dövlətimizin mərkəzini bağlayıb öz mürtədlərini bura yerləşdirmək istəyirdilər. Biz onların planını pozduq. Onlar bizdən zərrə qədər də üstünlük əldə edə bilmədilər. Bizim küçələrdə, Kiyev səmasında, Vasilkovda, Vışqorod, hətta ətraf ərazilərdə də Kiyev uğrunda əsl döyüş davam edir. Düşmən bizə qarşı bütün raketlərdən, qırıcılardan, pilotsuz təyyarələrdən, artilleriyadan, zirehli texnikadan, diversantlardan, desantlardan istifadə etdi. İşğalçılar yaşayış məntəqələrinə xüsusən də raket artilleriyasından zərbələr endirirlər. Enerji obyektlərini məhv etməyə çalışırlar. Onların taktikası çox iyrəncdir”, - deyə prezident bildirib.


Zelenski qeyd edib ki, son 24 saat ərzində raketlər və artilleriya tərəfindən dağıdılan evlər olub:
 

"Uzunmüddətli strateji müzakirələrin birdəfəlik bağlanması və Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qərarın həlledici məqamı gəlib çatıb. Mən bunu Şarlz Mişel, Ursula fon der Leyen, Emmanuel Makronla müzakirə etmişəm. Artıq Avropa İttifaqı ölkələri Rusiyanın SWIFT-dən çıxarılmasını dəstəkləyirlər. Ümid edirəm ki, Almaniya və Macarıstanın da bu qərarı dəstəkləmək üçün cəsarəti olacaq. Bizim Vətənimizi müdafiə etmək, Avropanı müdafiə etmək üçün cəsarətimiz var”.


Ukrayna KİV-lərinin məlumatına görə, müharibənin ilk iki günündə 198 dinc sakin həlak olub. Onların arasında 3 uşaq da var. Bundan başqa, 1115 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında 33 uşaq da var.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal