Modern.az

Kiyev metrosu sığınacaq kimi istifadə olunacaq

Kiyev metrosu sığınacaq kimi istifadə olunacaq

Dünya

26 Fevral 2022, 14:56

Sərnişin daşımalarını dayandıran Kiyev metrosu yalnız sığınacaq qismində istifadə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb.

 

“Metro sığınacaq rejiminə keçib. Nəqliyyat daşımaları həyata keçirilməyəcək”, - deyə mer bildirib.

 

O, həmçinin, şəhər sakinlərini evlərində və ya sığınacaqlarda qalmağa çağırıb: “Kritik infrastruktur müəssisələrində işləyənlərdən başqa heç kim Kiyevə daxil olmasın və şəhərdən çıxmasın”.

 

Xatırladaq ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Hazırda Ukraynanın şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kiyev ətrafında ağır döyüşlər gedir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal