Gürcüstan Ukraynaya yardım edəcək
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili sərəncam imzalayıb.
Sərəncama əsaaən, Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari həcmində vəsait ayrılacaq.
Vəsait hesabına Gürcüstanın Səhiyyə Nazirliyinin dərman vasitələri və tibbi təyinatlı avadanlıqlar alacağı bildirilib.