Kiyevin meri Vitali Kliçko yerli vaxtla saat 17:00-dan 08:00-a qədər (GMT 15:00-06:00) Ukrayna paytaxtı üçün yeni komendant saatı elan edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gündən qüvvəyə minən qərar 22:00-dan 07:00-a qədər əvvəlki komendant saatını əvəz edir.
Bununla bağlı Kliçko "Twitter"də bunları yazıb:
“Komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat və kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”.
Turqay Musayev