Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Modern.az Türkiyə KİV-lərinə istinadən məlumatına görə, nazirlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
M.Çavuşoğlu Türkiyənin Rusiya ilə Ukrayna arasında gerçəkləşdirilə biləcək müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu deyib.