Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlar başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkədə məlumat yayıb.
Kuleba yazıb: "Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər".
Nazir qeyd edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.
UNİAN-ın verdiyi məlumata görə, ABŞ və Avropa İttifaqı uzun müddətdir ki, Rusiyanın SWIFT sistemindən ayrılması məsələsini nəzərdən keçirirdi. Bundan əvvəl Fransa, Kipr, İtaliya və Macarıstan da bu təklifi dəstəkləyib.