Modern.az

BMT-dən Ukrayna ilə bağlı proqnoz: 4 milyon nəfər...

BMT-dən Ukrayna ilə bağlı proqnoz: 4 milyon nəfər...

Dünya

26 Fevral 2022, 18:21

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədən təxminən 116 min insan qonşu ölkələrə üz tutub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mətbuat katibi Sabia Mantu məlumat verib.

 

O qeyd edib ki, bu rəqəm arta bilər, rəqəmlər hər dəqiqə dəyişir.


Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, 4 milyona yaxın ukraynalı sərhədi keçə bilər. Mantu ukraynalıların əsasən Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal