Perm şəhərində keçirilməsi nəzərdə tutulan Körlinq üzrə 2022-ci il Avropa çempionatının ev sahibliyi Rusiyadan geri alınıb.
Modern.az xəbər verir ki, bu barədə Dünya Körlinq Federasiyası açıqlama yayıb.
Bildirilib ki, İcraiyyə Komitəsi Rusiyanın Ukraynaya hücum etməsi səbəbindən növbədənkənar toplaşıb və belə qərar verib.
Yeni ev sahibi ölkənin daha sonra açıqlanacağı qeyd olunub.