Modern.az

Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

26 Fevral 2022, 18:55

Yanvar ayında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, ötən ay ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Ukrayna qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 546,7 milyon ABŞ dolları, Türkiyəyə 290,9 milyon dollar, Ukraynaya isə 199,8 milyon dollar dəyərindədir.

 

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Ukrayna dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 567,5 milyon dollar, Türkiyə ilə 444,6 milyon dollar, Ukrayna ilə 235,5 milyon dollar təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi