Modern.az

Ukraynadan çıxarılan 170 azərbaycanlı ölkəmizə gətirilir

Ukraynadan çıxarılan 170 azərbaycanlı ölkəmizə gətirilir

27 Fevral 2022, 08:55

Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi prosesi davam etdirilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün 170-ə yaxın soydaşımız Rumıniyadan Azərbaycana yola salınacaq.

Ötən gün isə 50 nəfərin Bakıya gətirilməsi təmin edilmişdi.

Qeyd edək ki, Moldova, Polşa, Slovakiyadan sonra Macarıstan da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını vizasız qəbul edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama