Modern.az

"Binə" bazarında kütləvi AKSİYA - YENİLƏNİB - FOTO + VİDEO

"Binə" bazarında kütləvi AKSİYA - YENİLƏNİB - FOTO + VİDEO

19 Yanvar 2013, 11:35

Bakının Qaradağ rayonundakı “Binə” Ticarət Mərkəzində satıcılar etiraza başladılar...

“Binə” Ticarət Mərkəzində satıcılar işi dayandıraraq, yolu bağlayıblar.  Bu barədə Modern.az-a sahibkar Zahid Əhmədov deyib. Onun sözlərinə görə, mağaza sahibləri rəhbərliyin yenidən aylıq yerhaqqını 400 manat artırması ilə bağlı etiraz edirlər. Etiraz edən sahibkarlar Lökbatan yolunu bağlayaraq, aksiya keçirirlər.

Satıcıların verdiyi məlumata görə, bazar rəhbərliyi yerhaqlarını artırıb və onlar buna etiraz edərək aksiyaya qoşulublar. Etirazçılar yaxınlıqdakı magistral yolu bağlamaqla paytaxta gediş-gəlişə maneçilik yaradıblar.
Zahid Əhmədovun verdiyi məlumata görə, əraziyə polis qüvvələri cəlb olunub. Onlar etirazçılara zor tətbiq edib. Amma etirazçıların çox olduğunu görən polislər geri çəkilməyə məcbur olublar. Onun dediyinə görə, rəhbərlikdən heç kim məsələ ilə maraqlanmır.  Aksiya davam edir.

***

Binə Ticarət Mərkəzində hazırda davam edən satıcıların etiraz aksiyasında qarşıdurma baş verib. Aksiya iştirakçıları polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Saxlanılanların olduğu bildirilir....

***

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.

Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.


 

 

 

 

 

 


Gültəkin Ələsgər   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!