Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə gətirməyi tapşırıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə keçirmək barədə tapşırıq verib.
O bildirib ki, Qərb Rusiyaya qarşı iqtisadi sahədə addımlar atır, eyni zamanda NATO-nun rəhbər şəxsləri Rusiya barəsində aqressiv fikirlər söyləyirlər.